Əlaqə Arxiv
news Image
2017.12.18
15:00
| A A A
ADAU-da bitki mühafizəsi ixtisası üzrə yeni təhsil standartının təqdimatı keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 20 sentyabr 2017-ci il tarixli 379 nömrəli qərarı ilə "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "7.Kənd təsərrüfatı ixtisasları qrupu" bölməsinə  “050710-Bitki mühafizəsi”, “050711-Bağçılıq və tərəvəzçilik” və “050712-Şərabçılıq” ixtisasları əlavə olunmuşdur. Beləliklə, 2018/2019-cu tədris ilində Kənd Təsərrüfatı Nazirliyi  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qeyd olunan ixtisaslar üzrə tələbə qəbulu aparılacaqdır.

Universitetdə digər ixtisasları ilə yanaşı  “Bitki mühafizəsi” ixtisası üzrə təhsil standartının beynəlxalq hazırlanması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında  Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan  “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi“  çərçivəsində universitetə dəvət olunmuş Amerika Birləşmiş Ştatlarının İllinoys Universitetinin professoru Mohammad Babadoost təhsil standartının hazırlanmış yeni layihəsi barədə təqdim edib. Təqdimatda  İxtisas (proqram) üzrə bakalavr pilləsini başa vurmuş məzunların hazırlıq səviyyəsinə qoyulan tələblər, o cümlədən fənlər bölümləri üzrə bilik və bacarıqlara qoyulan tələblər, humanitar, peşə hazırlığı, xüsusi fənlər, fənlər üzrə kreditlər, fənlərin tədris qrafiki, istehsalat təcrübəsi kimi məsələlər müzakirə edilib. Müzakirədə universitetin müvafiq sahə üzrə professor-müəllim heyəti, doktorantları, magistrantları, habelə Kənd Təsərrüfatı Nazirliyi yanında  Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin əməkdaşları Anar Əzimov, Cəfər Məhərrəmov,  Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak edib.

Təqdimatın sonunda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək hazırlanmış təhsil standartının əhəmiyyətindən, mütəxəssis hazırlığında rolundan danışıb, perspektivdə xarici ölkələrinin aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının həyata keçirilməsinə imkan verəcəyini bildirib. Bundan başqa, professor Mohammad Babadoosta, Kənd Təsərrüfatı Nazirliyinə,  Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz