news Image
2013.03.15
11:02
| A A A
Havada infartk riski var -SOS
Ölkədə qeydə alınan dəyişkən hava şəraiti səhhətindən narazılıq edənlərin sayını artırıb. Havaların gah isti, gah da soyuq keçməsi əhali arasında respirator, ürək, qan-damar və sair kimi xəstəliklərin baş qaldırmasına səbəb olub. Əzginlik, bel, oynaq ağrılarından şikayətlənənlərin sayı da kifayət qədərdir.  Tibb Universiteninin Ümumi gigiyena və ekologiya kafedrasının dossenti Adil Məmmədov Movqe.az-a açıqlamasında  mövcud dəyişkən hava şəraitinin ürək-qan damar xəstəliyindən əziyyət çəkən insanlar üçün xüsusilə təhlükəli olduğunu söyləyib. A. Məmmədov bildirib ki, dəyişkən hava şəraiti infarkt riskini artırır: "İnsan orqanizmi bioloji ritmlərlə işləyir. Ona görə də havada baş verən kəskin dəyişiklik orqanizmə öz təsirini göstərir. Xüsusilə oktyabr-noyabr və mart-aprel aylarında havada kəskin dəyişikliklərin olması qanın laxtalanması ilə müşayət olunur. Artıq insanların yayda orqanizmlərində olan vitaminlər bu dövrdə tükənir. Bu isə orqanizmdə immuntetin zəifləməsinə gətirib çıxardır. Orqanizmin zəifləməsi, havada  baş verən dəyişiklər, maqnit fırtınası bədəndə tarazlığı pozur. Bu isə ürək, qan-damar, asma və sair kimi xəstəliklərin baş qaldırmasına səbəb olur".
A. Məmmədov insanların bu fəsildə dəyişkən hava şəraitində sağlamlıqlarının qeydinə daha çox qalmalarının vacib olduğunu söyləyir. Onun sözlərinə görə, ilk növbədə insanlar əmək şəraitinə, yuxu rejiminə, qida qəbuluna diqqət göstərməlidirlər. C və E vitaminləri ilə zəngin səmərəli və tarazlaşdırılmış qidalar qəbul etməlidirlər ki, orqanizmin bu fəsildə müqavimıti aşağı düşməsin. A. Məmmədov ürək, təyziq kimi xəstəlikləri olan insanların dəyişkən havada çox qalmamalarını, ev şəraitində dincəlmələrini məsləhət gördü.