Əlaqə Arxiv
news Image
2018.03.12
09:00
| A A A
Bu qutuları alarkən diqqətli olun

Bəzən Yeni il hədiyyə qutularının üzərində tarix qoyula bilər, amma bu tarix onun içərisindəkilərə aid deyil. Ona görə də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar.

Movqe.az-ın məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi İmran Abdullayev deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə hədiyyə qutularında yararlılıq müddəti bitmiş məhsulların satışı olub: "Əvvəlki illərdə belə hallar olub ki, vaxtı keçmiş şirniyyatlar qutulara yerləşdirilib. İndi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət edilsə, şikayət araşdırıla bilər".

İ.Abdullayev bildirib ki, bu ilin sonundan RGEM qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

İ.Abdullayev həmçinin, bağçalarda azyaşlıların xüsusi menyularının tərtibinə də diqqət ayrıldığını söyləyib: "Dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var. Bakı Şəhər İcra Hakimiyyəti nəzdində olan qurumlar bağçaları qida ilə təmin edir. Qida verilərkən uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Məsələn, əgər hər bir uşağa 23 qr kərə yağı düşürsə, uşağın yaş həddi (3-6 yaş), orqanizmi (piylənməyə meyillilik və s.) nəzərə alınaraq azaldıla bilir. Mövsüm ərzində dəfələrlə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "

Sizin Reklam Yeriniz