news Image
2013.03.15
15:51
| A A A
"Azərbaycan regionların inkişafına xərcləri 2,4 dəfə artırıb"

"Ötən il Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2009 -2013-cü illər üçün) çərçivəsində işlərin maliyyələşdirilməsinə 4,7 milyard manat vəsait ayrılıb".


Movqe.az-in məlumatına görə, bu barədə Baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunlarına dair hökumətin hesabatının müzakirəsi zamanı deyib.

"Azərbaycanda həyata keçirilən regionların inkişafı üzrə iki dövlət proqramı öz müsbət nəticələrini verir. 2009-2012-ci illərdə dövlət proqramı çərçivəsində işlərin yerinə yetirilməsinə 16 milyard manatdan çox vəsait ayrılıb ki, bu da birinci dövlət proqramı çərçivəsində bütün xərcləri 2,4 dəfə üstələyir", - Rasizadə qeyd edib.

Onun sözlərinə görə, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinə ümumilikdə 2,1 milyard manatdan çox vəsait cəlb edilib.

"Zaqatala, Balakən və Qaxda zəlzələnin fəsadlarının aradan qaldırılması üzrə işlər çərçivəsində ötən ilin sonuna 2974 fərdi ev, 19 məktəb və digər obyektlər tikilərək istismara verilib, 3 mindən çox ailə evlərin bərpa edilməsi məqsədilə maliyyə yardımı alıb" , - Rasizadə qeyd edib.