Əlaqə Arxiv
news Image
2018.03.23
13:30
| A A A
Çayın keyfiyyətini anlamaq üçün üsullar

Aldığınız çaylar heç cür ləzzətli deyilsə, ya da çay alarkən keyfiyyətindən əmin ola bilmirsinizsə, sizə verəcəyimiz təkliflərə şübhəsiz nəzər salmalısınız.

Movqe.az deyerler.org-a istinadən bildirir ki, bir ölkə olaraq çay içməyi çox sevirik, bu bir həqiqətdir. Hər getdiyimiz yerdə, günün istənilən vaxtı çay içən bir cəmiyyətik. Yaxşı, çayı bu qədər çox istehlak ediriksə, keyfiyyətindən də əmin olmalı deyilik? Ancaq çayın keyfiyyətini anlamaq bir az diqqət, bir az da təcrübə istəyən bir işdir.
Bu üsullarla çayın keyfiyyətini anlaya bilən və daha ləzzətli çaylar istehlak edə bilərsiniz:
 
1. Qoxusu
Çayın keyfiyyətini anlamanın ən əhəmiyyətli addımlarından biri qoxusudur. Paketi alan kimi çayı iyləmək lazımdır. Qoxusu yüngüldürsə və narahat etmirsə, doğru seçim etmisiniz deməkdir.
 
2. Çay yarpaqlarının ölçüsü
Çayın keyfiyyətini anlamanın bir başqa yolu da çay yarpaqlarının ölçüləridir. Çayı götürdüyünüzdə yarpaqların ölçülərinə baxmağa laqeyd yanaşmayın.
Çay yarpaqlarının boyu eynidirsə və tünd rəngdədirsə keyfiyyətli çay almısınız deməkdir. Bundan əlavə, çayın keyfiyyətli olduğunu anlamaq üçün arasında ip ya da toz parçalarının olmadığına diqqət yetirin.
 
3. Çay yarpaqlarının forması
Çayın keyfiyyəti yarpağın qıvrımından da müəyyən olur. Çay yarpaqlarının forması düz olmamalıdır. Çünki ən keyfiyyətli çay yarpaqları, bükük, qıvrımlı və parlaqdır.
 
4. Su üsulu
Çayın keyfiyyətini anlamaq üçün su üsulunu sınaqdan çıxara bilərsiniz. Suya atdığınız bir dəstə çay sizə çayınızın keyfiyyəti haqqında əhəmiyyətli məlumatlar verəcək.
Çay yarpaqlarını suya atdıqda su tez bir zamanda saralır və rəngi dəyişirsə, deməli çay boya ehtiva edir və keyfiyyətsizdir. Ancaq su yavaş yavaş rəng dəyişdirirsə və sarı rəngə yavaş bir şəkildə dönürsə, deməli çay keyfiyyətli və boyasızdır.

Sizin Reklam Yeriniz