news Image
2013.03.17
08:47
| A A A
Qısqanc ər ailəsini və özünü benzinlə yandırdı
Rostov sakini Vladimir P. adlı şəxs özünün, arvadının və 1 yaşlı uşağının üstünə benzin tökərək yandırıb. Movqe.az-in Rusiya KİV-ə istinadən xəbərinə görə, olay nəticəsində dörd nəfər ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaxınları ilə birgə evini də yandıran 33 yaşlı kişi bunu qisqanclıq zəminində törədib.

Olay Rostovun Dəmiryolu rayonunda baş verib. Vladimir P. arvadı ilə dalaşaraq evi tərk edib. Bu müddət ərzində o, arvadının özünə yeni məşuq tapacağını düşünürmüş. Vladimir beynində bu düşüncələrlə martın 5-də səhər evə dönüb. Onun əlində isə benzinlə dolu qab olub. Arvadı 26 yaşlı Oksananın yalvarışlarına məhəl qoymayan Vladimir 1 yaşlı oğluna belə acımayaraq benzini onların üstünə töküb. Üstəlik yanacaq evdə qonaq olan baldızı Hannanın da üstünə sıçrayıb. Qısqanc ər kibriti yandırınca evi alov bürüyüb. Oksana cəld tərpənərək oğlunun bədənini qarsıyan alovu söndürə bilib. Amma buna baxmayaraq, körpə xəsarət alıb və o, hazırda şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Eləcə də uşağın anası, xalası və olayın səbəbkarı olan atası da xəstəxanaya yerləşdirilib.