news Image
2013.03.18
11:09
| A A A
Polis 8 gün gücləndirilmiş rejimdə işləyəcək

Novruz bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildirilib kİ, martın 20-27-si günlərində bütün polis orqanlarından növbətçilik rejimi ilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. İctimai yerlərdə, insanların kütləvi istirahət etdiyi, toplaşdığı məkanlarda polis naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, martın 20-27-si, yəni 8 gün ölkədə qeyri-iş günləridir