Əlaqə Arxiv
news Image
2018.01.12
15:41
| A A A
Bakıda yolkaların sökülməsinə başlanıldı

Bakıda Yeni illə bağlı quraşdırılan əsas yolkanın sökülməsinə başlanılıb.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, yanvarın 11-dən yolkanın sökülməsinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir:

"Yolkanın fəaliyyəti yanvarın 13-ə qədər nəzərdə tutulmuşdu. Artıq dünəndən sökülməyə başlanılıb. Bulvardakı digər kiçik yolka da bu gün söküləcək".

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin rəhbəri Əlabbas Bağırov isə Trend-ə bildirib ki, Yeni illə bağlı şəhərdə quraşdırılan bütün yolkalar yanvarın 13-nə qədər söküləcək:

"Artıq parklardakı yolkalar sökülüb. Ola bilər ki, bir və ya iki yolka sökülməyib, amma onlar yanvarın 13-dən sonra fəaliyyət göstərməyəcək".

Sizin Reklam Yeriniz