Əlaqə Arxiv
news Image
2018.01.13
18:10
| A A A
Şirvanda evin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb

Şirvanda evinin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb.Movqe.az  Fövqəladə hallar Nazirliyinin saytıan istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət alan vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Sizin Reklam Yeriniz