Əlaqə Arxiv
news Image
2018.01.15
13:31
| A A A
Nuranə Şıxəliyeva: “Əminliklə vurğulaya bilərik ki, təhsildə tədrisin keyfiyyəti ölkənin gələcək inkişafının təminatıdır”

“Azərbaycanda təhsilin keyfiyyətinin və inkişafının yüksldilməsi prosesi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır”. Bu fikirləri  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti, təhsil üzrə ekspert Nuranə Şıxəliyeva bildirib. Onun sözlərinə görə, dövlət başçımızın bilavasitə təşəbbüsləri sayəsində reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək nəsil üçün etibarlı zəmin yaradıb və Azərbaycan artıq yeni dövrə – modernləşdirmə dövrünə qədəm qoyub. Təhsillə bağlı qəbul edilən Dövlət Proqramları və s. mühüm tədbirlər bu faktorları əhatə etməkdədir.

Nuranə Şıxəliyeva xatırladıb ki, yola saldığımız 2017-ci və cari 2018-ci illər ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi illəri elan olnunmuşdur və bu faktorun özü də sübut edir ki, ölkəmizdə bu istiqamətdə aparılan işlər öz müsbət nəticələrini verməkdə davam edir: “Təhsildə keyfiyyət ili” nin də əsas məqsədi və mahiyyəti özündə qeyd edilən fikirləri kifayət qədər ehtiva etməkdədir. Çünki keyfiyyətli təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə təhsil sahəsində əhəmiyyətli işlər görülür. Təhsil müəssisələrinin maddi – texniki bazası gücləndirilir, yeni – yeni məktəb binaları tikilir, təmir – bərpa işləri aparılır. Eyni zamanda informasiya – kommunikasiya texnologiyaları tətbiq olunur. Məqsəd isə ondan ibarətdir ki, Azərbaycanda təhsilin keyfiyyəti Avropanın ən yüksək standartlarına uyğunlaşa bilsin və bu nəticələr əldə olunmaqdadır. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə edir”.
Nuranə Şıxəliyeva onu da qeyd dib ki, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrasturuq qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.
“O cümlədən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın adı təhsilə aid çoxsaylı layihələrlə bağlıdır”-deyə qeyd edən Nuranə Şıxəliyeva xatırladıb ki, Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub: “Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər yaradılıb. “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir”.
Nuranə Şıxəliyeva sonda bildirib ki, təhsilimizin inkişafı ilə bağlı əldə edilən nailiyyətlər də onu göstərir ki, təhsil sahəsinin inkişafı və ölkəmizdə reallaşdırılan uğurlu təhsil strategiyası Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biri olaraq daim diqqət mərkəzində qorunub-saxlanılmaqdadır.

Sizin Reklam Yeriniz