Əlaqə Arxiv
news Image
2018.01.16
13:45
| A A A
Şamaxıda buz bağlayan yollarda 2 avtomobil qəzası baş verib, 5 nəfər xəsarət alıb

Şamaxı rayonuna yağan qar, şaxtalı və dumanlı hava səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobil yolları buz bağladığı üçün iki sürücü idarəetməni itirərək qəza törədib.
 
Movqe.az-ın APA-ya istinadən  xəbərinə görə, Bakı-Şamaxı yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində 99-FX-599 dövlət nömrə nişanlı, “Hyundai SantaFe” markalı minik avtomobili sürüşərək yoldan çıxıb və çökək əraziyə aşıb.
 
Hadisə zamanı avtomobildə olan Qəbələ rayon sakinləri - 1986-cı il təvəllüdlü Cəlilov Murad Ağa oğlu, 1996-cı il təvəllüdlü Səfiyev Sənan Aqil oğlu və 1996-cı il təvəllüdlü Mehralıyev Cavidan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Şamaxıda başqa bir minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində rayonun Məlikçobanlı kənd sakini, 2008-ci il təvəllüdlü Ramazan Seyidov və Bakı sakini, 1990-cı il təvəllüdlü Nicat Şakirli xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.  

Sizin Reklam Yeriniz