Əlaqə Arxiv
news Image
2018.01.16
14:22
| A A A
Almaniyada şagirdləri daşıyan avtobus evə çırpılıb, 48 nəfər xəsarət alıb

Almaniyanın Eberbax şəhərində şagirdləri daşıyan avtobus yaşayış evinə çırpılıb.

Movqe.az-ın məlumatına görə, bu barədə “Rhein Neckar Zeitung” xəbər yayıb. Hadisə nəticəsində 48 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır. Sürücü yüngül xəsarətlər alıb.

Hadisə səhər saatlarında baş verib. Avtobus hərəkət zolağından çıxaraq bir neçə avtomobilə dəyib və evin divarına çırpılıb. Hadisə yerində polis və təcili tibbi yardım xidməti işləyir.

Sizin Reklam Yeriniz