Əlaqə Arxiv
news Image
2018.01.16
15:23
| A A A
Ötən il Dənizkənarı Milli Parkdan 38 tondan çox tullantı yığılıb

 

 

2017-ci ildə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin həm sahil, həm də dəniz obyektlərində formalaşan 141 333 ton çirkab məişət-təsərrüfat suyu, 4501,4 ton neftli döşəməaltı su, 90,474  ton yağlı əski, 54,111 ton sintetik propilen buraz kəndir qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi tərkibli məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu barədə Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib.

Həmçinin, 126 ədəd yararsız akkumulyator, 594 ədəd nasaz avtomobil şini, 75,811 ton rezin tullantısı, 213 ədəd yanacaq, 663 ədəd yağ və 343 ədəd hava süzgəcləri, 1,083 ton toner-katric, 344,98 ton keramik qırıntı, 64,99 ton işlənmiş boya qabı və boya tullantıları, 485,24 ton taxta tullantı, 60 ton tibbi tullantı, 169,702 ton şüşə qırığı, 226,825 ton sellüloz  tullantısı, 223,618 ton tekstil parça qalığı, 335,324 ton polimer əsaslı və plastmas tullantı, 820,106 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə, Dənizkənarı Milli Park və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 38,48 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

APA

 

 

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz