Əlaqə Arxiv
news Image
2018.01.16
16:10
| A A A
Masallıda “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda İnşa-yazı müsabiqəsi keçirilib

16 yanvar 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon ümumtəhsil məktəbləri arasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda İnşa-yazı müsabiqəsi keçirilmişdir.  Tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov tədbirdə çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, vətəndaşlıq hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırdı. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:

İnşa-yazı müsabiqəsində A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbin VIII sinif şagirdi Hidayətova Fatimə Emil qızı birinci yerə, Bala Kolatan kənd tam orta məktəbinin IX sinif şagirdi Ağayeva Sevinc Əli qızı və Dəfinə məktəb-liseyinin X sinif şagirdi Əşrəfova Aydan Alxas qızı ikinci yerə, , B.Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi Həsənova Fatimə Habil qızı və İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin XI sinif şagirdi Sadiqzadə Əsmər Sadiq qızı üçüncü yerə layiq görülmüşlər
         Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.
 

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz