Əlaqə Arxiv
news Image
2018.02.06
14:13
| A A A
Rusiyada nə yesəniz də, toyuq əti yeməyin!

"Roskontrol" qeyri-kommersiya təşkilatı bazara broyler toyuqları çıxaran 6 brenddə yoxlamalar aparıb.

Movqe.az-ın  məlumatına görə, yoxlamalar zamanı həmin ətlərdə antibiotiklər, təhlükəli bakteriyalar və ərzağın kütləsini artırmaq üçün istifadə olunan duz məhlulu inyeksiyasının əlamətləri aşkar edilib.

 

Yoxlamalara "Petelinka", "Rjevskoe podvorye", "Miratorq", "Yasnıe zori", "To, şto nado!" və "Kajdın den" brendlərinin məhsullarının cəlb edildiyi bildirilib.

Məlumata görə, bir çox nümunələrdə mikroorqanizmlər normadan 20-30 dəfə çox olub ki, bu, sanitar qaydaların, istehsal texnologiyasının, saxlanma və istifadə müddətinin pozulması deməkdir.

Trend

Sizin Reklam Yeriniz