Əlaqə Arxiv
news Image
2018.01.17
15:12
| A A A
iPhone istifadəçiləri üçün təhdid - Ciddi zərər dəyə bilər

iOS istifadəçiləri proqram təminatının 10 və 11-ci versiyasında iPhone telefonlarını bloka salan səhv aşkar ediblər.

Movqe.az  xəbər verir ki, sistemdəki bu boşluq barədə "EverythingApplePro" Youtube kanalının aparıcısı danışıb.

Hansısa iPhone-nu söndürmək üçün ona xüsusi hazırlanmış linki mesaj kimi göndərmək kifayət edir. Mesaj hədəfə catdıqdan sonra smartfonun sistemi ilişir və heç bir əməliyyata reaksiya vermir. 3 dəqiqədən sonra isə proqram təminatı istifadəçi interfeysini yenidən başladır. Amma mesajı yenidən göndərməklə smartfonu bir daha söndürmək mümkün olur. 

Bu cür mesajları göndərən istifadəçinin telefonu yalnız bir neçə saniyəliyinə "donur" və sonra normal qaydada işləməyə davam edir. Belə vəziyyətlə üz-üzə qalmamaq üçün bu mesajları göndərən istifadəçiləri bloklamanız məsləhət görülür.

milli.az

Sizin Reklam Yeriniz