Əlaqə Arxiv
news Image
2018.01.17
16:56
| A A A
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi keçirilib

İstanbulda Mərmərə Universitetində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı fotosərgi keçirilib.

Movqe.az-ın məlumatına görə, sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan hadisələri əks etdirən fotolar nümayiş olunub.

Tədbir iştirakçılarına 20 Yanvar faciə haqqında geniş məlumat verilib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Trend

 

Sizin Reklam Yeriniz