Əlaqə Arxiv
news Image
2018.01.18
09:40
| A A A
Ermənistan əhalisi itaətsizlik həddinə çatıb
Sosial problemlər və siyasi hüquqsuzluq xalqı küçələrə sürükləyir

Daim inkişafdan dəm vuran Serj Sarkisyan güruhu üçün 2018-ci il heç yaxşı başlamayıb. İlin əvvəlində baş verən bahalaşma xalqın vəziyyətini ağrlaşdıraraq hakimiyyətə qarşı açıq çıxışlara vadar edib. Ekspertlər bu ilin büdcəsini “bahalaşma büdcəsi” adlandırırlar. Hökumətin ayrı çıxış yolu yoxdur. Hər il xalqa nə isə vəd etmək gərəkdir. Təbii ki, bu, sosial təminatın yaxşılaşması, rifah halının yüksəldilməsi və sairə bu kimi məsələlərlə bağlı olmalıdır. Ermənistan hökuməti də xalqı “sevindirmək” üçün büdcəni 100 milyard dram (təxminən 205 mln. dollar) artırıb. Lakin bu artım aksiz vergilərini qaldırmaq hesabına edilib ki, bu da xalqın çiyninə yüklənmiş iqtisadi ağırlığı daha da gücləndirib. Xarici borc yükünü də bunun üstünə gələndə insanların başlarını qaldırıb düz baxmağa da heyləri çatmır.

Bahalaşma baş verib. Xalq narazıdır. Parlamentdəki müxalifət “Yelk” fraksiyasından deputat Ararat Mirzoyan əhalini bahalaşmaya qarşı evdə divanda oturub sosial şəbəkələrdə yox, küçələrdə etiraz etməyə çağırıb. Deputat deyib ki, “benzinin, dizel yanacağının və sıxılmış qazın aksiz yığımlarının artırılması bütün növ məhsulların və xidmətlərin artımına səbəb olacaq”. Müxalifətçi onu da vurğulayıb ki, bu müddətdə əhalinin gəlirləri nəinki artmayıb, hətta aşağı düşüb. Digər müxalifətçi Qevork Qorqisyan isə vəziyyəti obrazlı ifadə edərək, deyib: “Dövlət deyir ki, bizim vətəndaşlar güclüdürlər, dözəcəklər, qiyam qaldırmayacaqlar, çünki onlar kartof yeyirlər, bahalaşmanın onlara dəxli yoxdur. Ancaq, milli statistika idarəsi xəbər verir ki, bədbəxtçilikdən kartof da 28 faiz bahalaşıb”. “Yelk” bloku yanvarın 19-da bahalaşmaya qarşı mitinq keçirməyi planlaşdırıb.   
Ermənilərin əsas bəlası heç də tək bahalaşma deyil. Məsələ burasındadır ki, hökumət bahalaşmaya getməkdən başqa ayrı potensiala malik deyil. Sənaye yox dərəcəsində, əhali Rusiyada çalışan qohum-qardaşlarının göndərdikləri vəsaitlər və diaspordan gələn ianələr hesabına başını birtəhər dolandərər. Ölkə əhalisinin üçdə biri yoxsulluq həddində güc-bəla yaşayır. İşsizlik cəmiyyətin əsas probleminə çevrilib. Hökumət vəziyyətin bərbadlığı ucbatından xaricdən investisiyalar cəlb edə bilmir. Dövlət borcu xirtdəyə dirənib, dövlətin bu borcu qaytarmağa heç bir inamı və imkanı yoxdur. Növbəti bahalaşma prosesi situasiyanə gərginləşdirməkdən başqa heç nəyə xidmət etməyəcək. Amma ayrı çıxış yolu da qalmayıb. Hətta indi hökuməti tədbir görməyə səsləmək də faydasızdır. Ekspertlər bildirirlər ki, ötən ilin dekabr ayında büdcənin müzakirəsi zamanı bahalaşmanın qarşısını almaq üçün bəlkə də nə isə etmək mümkün olardı. Ancaq indi artıq gecdir. Ona görə ki, büdcə təsdiqlənib, orada artım nəzərdə tutulub. İndi isə artımı əldə etmək üçün mütləq gündəlik tələbat mallarının qiyməti artmalıdır. Əks təqdirdə dövlət defolta gedər. İqtisadçı  Vahan Xaçatryan etiraf edirlər ki, ilin birinci rübündə heç cür vəziyyəti düzəltmək mümkün olmaycaq: “Yoxsulluq həddinin 30 faiz olduğu ölkədə qiymətlərin artımına etinasız qalmaq mümkün deyil. Bahalaşma sübut edir ki, bizdə inflyasiya rəsmi statistikada göstərildiyi kimi 2,5 faiz yox, azı 15 faizdir”. Politoloqlar isə situasiyanı təhlil edib bildirirlər ki, ölkədə qiyam yetişir, hakimiyyət isə heç nə etmir.
Apreldə keçiriləcək parlament seçkiləri qarşısında ölkədə belə vəziyyətin yaranması və əhalinin qiyam hazırlığı göstərir ki, Ermənistanda ölüm-itimlə nəticələnə biləcək ciddi qarşıdurma gözlənilir. Çünki iqtisadi vəziyyətin son dərəcə ağırlığı fonunda həm də baş nazir kreslosu uğrunda qrupların mübarizəsi qızışır. Hakimiyyət davası edənlərin xalq vecinə deyil. Bu səbəbdən də ola bilər ki, “ac qılınca çapan” kimi yoxsul kütlələr ölüm-dirim savaşında ölkəni qan gölünə çevirsinlər. Bir çox cinayətkar-işğalçı rejimlər kimi Serj Sarkisyan rejimini də bu aqibət ağuşuna ala bilər.
N.NOVRUZ 

 

 

Sizin Reklam Yeriniz