Əlaqə Arxiv
news Image
2018.01.17
17:17
| A A A
2018-ci il uduşlarla başlandı Yanvarın ilk yarısında üç “Cek Pot” uduşu qeydə alındı

Lotereya istehlakçılarına möhtəşəm uduşların sevincini yaşadan 2017-ci il tarixə qovuşdu. 16 “Cek Pot” uduşu qeydə alınan ötən il ərzində lotereyaların iştirakçıları irili- xırdalı milyonlarla uduşlara sahib oldular. 2018-ci il isə başlayar-başlamaz lotereyalar möhtəşəm uduşlarla hətta ən optimist iştirakçıları belə, yaxşı mənada təəccübləndirirlər. Belə ki, ilin ilk iki həftəsində lotereyalarda artıq 3 (üç) “Cek Pot” uduşu qeydə alındı.

İntellektual lotereyalar 3 bəxtəvər həmvətənimizə sanballı uduş sevinci bəxş etdi. Əvvəlcə “5/36” lotereyasının 2018-ci il 2 yanvar tarixli tirajında 41min 380 manat, 11 yanvar tarixli tirajında isə 13 min 630 manat məbləğində “Cek Pot” uduşları qeydə alındı. Ənənəvi uduş yarışmasında “5/36” lotereyasının əzəli rəqibi - “6/40” lotereyasında da möhtəşəm uduş özünü çox gözlətmədi. Bu lotereyanın 13 yanvar tarixli tirajında 70 min 810 manat məbləğində möhtəşəm “Cek Pot” uduşu reallaşdı.

Bu uduşlar həm də onu göstərir ki, intellektual lotereyaların ənənəvi uduş yarışması davam etməkdədir. Xatırladaq ki, ötən ilin sonlarında – “5/36” lotereyasının 23 noyabr və 2 dekabr tarixli tirajlarında dalbadal qeydə alınan 53 min 930 manat və 9 min 230 manat məbləğində “Cek Pot” uduşlarının həyəcanı keçməmiş, “6/40” lotereyası 5 dekabr tarixli tirajında bu uduşlara 96 min 680 manat məbləğində möhtəşəm “Cek Pot” uduşu ilə layiqli cavab vermişdi. Budur, biz artıq ənənəvi “Cek Pot” uduş yarışının yeni mərhələsini müşahidə edirik. Belə ki, “5/36” lotereyasının 2 yanvar və 11 yanvar tarixli tirajlarında qeydə alınan “Cek Pot” uduşlarına “6/40” lotereyasının tutarlı cavabı özünü çox gözlətmədi. Bu lotereyanın 13 yanvar tarixli tirajında 70 min 810 manat məbləğində “Cek Pot” uduşu qeydə alındı. Beləliklə, “5/36” və “6/40” lotereyaları daha 3 həmvətənimizi sevindirdi.

Uzun illərdən bəri lotereya həvəskarlarına minlərlə möhtəşəm uduşlar bəxş edən “Binqo” lotereyası bu ildən etibarən iştirakçıların görüşünə yeni adla - “Yeni Binqo” adı ilə gəlir. Əvvəla, ötən tirajlarından son tirajınadək toplanan 5000 (beş min) manat məbləğində “Cek Pot”, 21 min manat məbləğində “Binqo”, 58 min manat məbləğində “Super Binqo”, 60 min manat məbləğində “Fortuna” və nəhayət 75 min manat məbləğində “Meqa Pot” uduşları yenə də sizin ixtiyarınızdadır.

Bütün bu uduşlar “Yeni Binqo” lotereyasında oynanılır. Lakin burada söhbət, sadəcə ad dəyişilməsindən getmir. Məsələ burasındadır ki, “Binqo” lotereyası tirajında oyunda iştirak edən 1-dən 60-a qədər nömrələnmiş şarlardan 4-ü lototronda qalırdısa, “Yeni Binqo” lotereyası tirajında lototronda cəmisi 3 şar qalır. Dəyişiklik kifayət qədər ciddidir. Qalır bu təklifə yetərincə ciddi yanaşmaq və udmaq, o da sizlikdir.

Yeri gəlmişkən, lotereya həvəskarları arasında öz populyarlığı ilə seçilən “Klassik Loto” lotereyası da hazırda sanballı uduş mücrüsünə malikdir. Bu lotereya iştirakçılara 86 min manat məbləğində “Meqa Pot” təklif edir. Nəhayət, “4+4” lotereyası 133 min 92 manat məbləğində möhtəşəm “Cek Pot”u intellektual lotereya həvəskarlarının ixtiyarına verir. Bu ixtiyardan yararlanmaq üçün isə ilk növbədə lotereya biletlərini əldə etmək lazımdır.

 

 

Çoxsaylı lotereya həvəskarlarının müxtəlif zövqlərini nəzərə alan “Azərlotereya” bir-birindən maraqlı lotereyaları onların ixtiyarına verməkdə davam edir. Son illərdə dünya lotereya bazarında, ani lotereyaların xüsusi çəkisi sürətlə artmaqda davam edir. Azərbaycan lotereya bazarı da bu tendensiyadan yan keçməyib və ani lotereyalar günbəgün populyarlaşır.

Təbii ki, “Azərlotereya” bu amili nəzərə alır və bazarda uğurla fəaliyyət göstərən ani lotereyalar ailəsinə daha bir unikal layihə - “Şans ++” ani lotereyası qoşuldu. Bu lotereyanın da oyun qaydası çox sadədir. Lotereya biletlərinin üzərində “Şans 1”, “Şans 2” və “Şans 3” kimi üç lövhə yerləşir. Uduşu müəyyənləşdirmək üçün üstüörtülü "Şans 1", “Şans 2”, “Şans 3” lövhələrinin və "oyun xətləri"nin qoruyucu səthini pozmaq lazımdır. "Şans 1", “Şans 2” və ya “Şans 3” zonalarında yazılan rəqəm “oyun xətləri”nin üzərində olan rəqəmlərdən biri ilə üst-üstə düşərsə, bilet həmin xətdə göstərilən məbləği udmuş olur. Bilet bir neçə xətt üzrə uduşlu olarsa, uduşlar cəmlənir. Beləliklə, daha 304 min 390 ədəd uduş lotereya istehlakçılarının ixtiyarına verilib...

Sizin Reklam Yeriniz