Əlaqə Arxiv
news Image
2018.01.17
16:47
| A A A
ADAU-da payız semestrinin imtahan sessiyası uğurla davam edir

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun müvafiq əmri ilə imtahanların şəffaf və obyektiv keçirilməsi üçün hər cür şərait yaradılıb. Tələbələrin imtahanları kompyuterlə test, yazılı və şifahi formalarda qəbul edilir. İmtahan formalarının seçilməsində fənlərin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunub.

Aqronomluq fakültəsində imtahanlardan yüksək qiymət alanlar, normal nəticə göstərənlər daha çoxdur.

         Bu gün aqronomluq fakültəsində 13 fəndən imtahan qəbul edilir. İlk andaca tələbələrin hazırlığı, suallara dolğun cavabları diqqəti cəlb edir. İmtahandan çıxan tələbələr yaradılan şəraitdən razılıqlarını bildirirlər.

         Rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun “aqronomluq” ixtisasının ikinci kursunda “bitkilərin mühafizəsi”  fənnindən qəbul etdiyi şifahi imtahanda 31 tələbə iştirak edir. Hər tələbə zamanında verilən sualları necə mənimsədiyini keçirilən imtahanda bir daha sınaqdan çıxarır.

         Bununla yanaşı aqronomluq fakültəsindəAzərbaycan tarixi, botanika,  aqrometeorologiya, torpaq mikrobiologiyası və biotexnologiya, genetika, seleksiya və toxumşünaslıq, bitkiçilik fənləri üzrədə imtahanlar keçirilir. Günün ikinci yarısında isə riyaziyyat, botanika, meşə mühafizəsi, bitki fiziologiyası, torpaq mühafizəsi, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi fənlərindən imtahan qəbul  ediləcək .

ƏLİHÜSEYN ŞÜKÜROV

 

Sizin Reklam Yeriniz