Əlaqə Arxiv
news Image
2018.01.18
16:00
| A A A
Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin təkliflərinə müsbət cavab verdi

Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyası Bakı Nəqliyyat Agentliyinin metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təklifinə müsbət rəy verib.

Bu barədə özəl olaraq  Trendə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda BNA təklifdə qeyd edilən tədbirlərin reallaşdırılmasına başlayacaq:

"Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv ediləcək və yol kənarına məhəccərlər çəkiləcək. Bununlada “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşutlarının xidmətlərindən yararlana bilərlər. Qeyd edək ki, BNA mütəxəssislərinin apardığı təhlillərə əsasən müəyyən edilib ki, “Koroğlu” metrostansiyası (piramida formalı çıxışı) yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur".

Sizin Reklam Yeriniz