Əlaqə Arxiv
news Image
2018.01.19
13:28
| A A A
ADAU-da elmmetrik məqalələrin nəşr olunması ilə bağlı müzakirə olunub

Nazirlər Kabinetinin Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti” statusunun verilməsi ilə bağlı təsdiqlədiyi tələblər planına uyğun olaraq 18 yanvar 2018-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində fakultə dekanları, kafedra müdürləri və ingilis dilli müəllimlərin iştirakı ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirmişdir ki, "Tədqiqat universiteti” statusu ilə bağlı tələblərdən “son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi” istiqamətində səylərimizi artırmalıyıq. Belə ki, Universitet əməkdaşlarının Web of Science bazasının (www.thomsonreuters.com) üç sitatgətirmə sistemindən: dəqiq, təbiət və texniki elmlər üzrə bazada (Science Citation Index Expanded), sosial elmlər üzrə bazada (Social Science Citation Index), incəsənət və humanitar elmlər üzrə bazalar (Arts and Humanities Citation Index) olmaqla hər üçündə məqalələri dərc edilmişdir. Lakin bu istiqamətdə səylərimizi artırmalı və Ümummilli lider Heydər Əliyev dediyi kimi “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) nəinki yük­səkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır.” Rektor İbrahim Cəfərov çıxışında onu da qeyd etdi ki, beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda məqalələrin nəşri üçün kafedralar, fakultələr və universitetlər arası əlaqələr genişləndirilməli, multidissiplinar tədqiqatlara üstünlük verilməlidir. Bu istiqamətdə nəşr olunan məqalələ müəlliflərinə hər cür köməklik göstəriləcəkdir. Bu istiqamətdə professor-müəllim heyyətinin müzakirəsi ilə təkliflər səsləndirilmişdir.



Sizin Reklam Yeriniz