Əlaqə Arxiv
news Image
2013.03.19
16:46
| A A A
Dadı qaçmış şəkərburalar

Novruz xonçasının bəzəyi sayılan bayram şəkərburalarının keyfiyyəti ilə bağlı şikayətlər var. Alıcıların Mövqe.az-a verdiyi məlumata görə, bəzi şirniyyat sexlərində şəkərburanın içliyinə qoz-fındıq ləpəsi əvəzinə ucuz başa gələn başqa məmulatlar qatılır. Alıcıların sözlərinə görə, şəkərburaların içliyinə çəkilmiş noxud, lobya kimi paxla məhsulları qatılır. Məmmədova Nuranə adlı alıcı deyir ki, şirniyyat sexləri bu yolla şəkərburanın maya dəyərini azalmasına nail olurlar. 

Paytaxtın "Şamaxinka" kimi tanınan ərazisindəki  şirniyyat dükanında satıcı işləyən Samir Rəhimov Mövqe.az-a verdiyi açıqlamasında bildirdi ki, şirniyyatları  şirniyyat sexindən alırlar: "İçi barədə mən bir söz söyləyə bilmərəm. Çünki, hazır alırıq. Malı götürəndə, yalnız təzəliyinə  və  yumuşaqlığına baxırıq. Əgər şirniyyat üç gündən artıq qalarsa biz onu sexə geri qaytarırıq ".

Bu ərazidə yerləşən digər dükanda isə, ev şəraitində hazırlanan şirniyyatlar satılır. Satıcı Gülüstan xala deyir ki, şirniyyatların hamısını evdə bişirib gətirir. Deyir ki, öz evi üçün bişirdiyi qədər keyfiyyətli olmasa da, şəkərburaların keyfiyyətində problem də yoxdur: "Şəkərburaya nə lazımdırsa, tərkibinə qatıram. Düzdür, evdə özümüz üçün bişirdiyim qədər yox, amma insafla qatıram. Təbii ki, bütün məmulatları yerində qatsam gərək şəkərburanın birini 1 manata satam. Bu qiymətli də alıcı razılaşmaz. Yəni onda  da, alıcı olmayacaq, sata bilməyəcəm. Məsələn,  mən indi  şəkərburanın 1 ədədini 50 qəpiə satıram lakin ədəvasını bol etsəm gərək 1 manata satam".  

Alıcılar isə satışdakı şəkərburanın keyfiyyətindən narazıdırlar. Satıcı Leyla Əhmədova deyir ki, işimlə əlaqədar bayram şirniyyatını bişirə bilmirəm:"Ona görə də alıram. Əlbətdə evdə bişirilən bayram şirniyyatının dadını verə bilməz. Evdə bişən  şəkərburanın içliyi bol və dolu olur. Amma satışdakı şəkərburasının içliyi həm az, həm də dadsız olur. Məcburiyyət qarşısında alırıq".

Alıcılar arasında hətta aldığı şəkərburanı yeyə bilmədiklərini söyləyənlər də oldu. Arif Məmmədov adlı alıcı deyir ki, əsasən avtovağzal ərazisində bu cür keyfiyyətsiz şəkərburalar satılır: "Alıcılara məsləhət görürəm ki, ev şəraitində satılan şəkərburaları almasınlar. İçinə nə qatıldığını bilmək olmur. Aparırsan içindən lobya, noxud qırıntıları çıxır". 









Sizin Reklam Yeriniz