Əlaqə Arxiv
news Image
2018.01.19
14:54
| A A A
Azərbaycanda ticarət mərkəzində YANĞIN - Sahibkar dükanda yandı - YENİLƏNİB - FOTO

14:54

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.

Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın ətrafadakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə göndərilib. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.

Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.

Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

 

-----------

09:13

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.

Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz