Əlaqə Arxiv
news Image
2018.01.19
15:08
| A A A
“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”

Bu sözləri “Okuklu” holdinqin sahibi,Türkiyəli siyasətçi Yılmaz Okuklu Ankarada Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin təşkilatçılığı ilə  keçirilən “Avrasiyanın enerji şahmatında Türkiyənin rolu” tədbirində çıxışı zamanı bildirib.
“Bu gün Türkiyə-Azərbaycan iqtisadi əlaqələri daha da güclənməlidir.  Ölkə rəhbərləri səviyyəsində əlaqələrimizin inkişafı xüsusi prioritet təşkil edir.  İş adamları ortaq hərəkət etməli və qarşılıqlı yatırımları sürətləndirilməlidirlər. Bunun üçün kifayət qədər potensial var.  Malik olduğumuz potensial əlaqələrimizin dinamikliyini gücləndirəcək. Belə tədbirlər əlaqələrimizin tam şəkildə potensialını ortaya çıxmasına dəstək olur”.
Tədbirdə Azərbaycanın dostu,Türkiyənin keçmiş enerji naziri,millət vəkili Taner Yıldız əsas məruzəçi olub. 
Yozqat valisi Sn.Kemal Yurtnaç,EkoAvrasiyanın Məsləhət Şurasının sədri,sabiq millət vəkili Feramüz Üstün,EkoAvrasiyanın başqanı Hikmet Eren,tanınmış jurnalist Şükrü Gökkaya çıxış ediblər.

Sizin Reklam Yeriniz