Əlaqə Arxiv
news Image
2018.01.20
11:30
| A A A
FHN: "Azneft"də yaşayış binasında baş verən yanğın söndürülüb (YENİLƏNİB 2) (FOTO)

Bakının mərkəzində baş verən yanğın söndürülüb. Movqe.az-ın məlumatına görə, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadasının əməkdaşı jurnalistlərə açıqlamasında bildirib ki, yanğın başlayan sahə ümumilikdə 2000 kvadratmetri əhatə edib: "Hadisə nəticəsində 250 kvadratmetr sahə yanıb. Yanğın tam söndürülüb və xəsarət alan olmayıb. Hadisə yerinə 13 yanğınsöndürmə briqadası cəlb edilib".

X X X

Saat 10:05

Səhər saatlarında "Azneft" meydanı tərəfdə yaşayış binasında baş verən yanğın lokallaşdırılıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanğın yaşayış binasının damında başlayıb.

Hadisə ilə bağlı bina sakinlərinin təxliyyə edilmədiyi və yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilib.

 

X X X

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzində Trend-ə verilən məlumata görə, hadisə "Azneft" meydanı tərəfdə yaşayış binasında baş verib.

Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb edilib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat hələ yoxdur.

Yanğının hansı səbəbdən başlaması məlum deyil.

Sizin Reklam Yeriniz