Əlaqə Arxiv
news Image
2018.01.31
21:00
| A A A
Dünya TƏHLÜKƏDƏ - FOTOLAR

Kolumbiyalı alimlər, meteorit yağışlarının Yerin hansı bölgələrinə daha çox zərər verəcəyini araşdırıb.

Movqe.az  xəbər verir ki, bir qrup alim son vaxtlar tez-tez müşahidə edilən meteorit yağışlarının Yer kürəsinə ciddi təhlükə yaratdığını iddia edir.

Onların araşdırmalarına görə, son 100 il ərzində Yer sakinləri Çelyabinsk və Tunguska meteoritlərinin yağmasının şahidi olublar. Bu meteoritlərin episentrlərini bir-birindən 2300 kilometr məsafə ayırır. Tədqiqatçılar hesab edir ki, bu məsafəni nəzərə alaraq meteoritlərin xüsusilə daha çox düşəcəyi ərazilər təsbit edilib.

Məlumatda qeyd olunur ki, xüsusilə, Afrika, Asiya və Amerikanın ekvatorial ölkələri daha çox təhlükə altındadır. Bundan başqa, Cənub-Şərqi Asiya, Mərkəzi və Cənubi Amerika, Avropa, Rusiya və Kanada təhlükə altında qalan yerlər sırasındadır. Ümumiyyətlə, daha da artacaq meteorit yağışları müxtəlif təbii fəlakətlərlə dünyanın ekvator və tropik regionlarını məhv edəcək.

Bu yanaşma proseslərin əhəmiyyətli dərəcədə sürətləndiyinə işarədir. Digər tərəfdən isə, meteorit yağışlarının episentri dəyişkən olduğu üçün "təhlükə” mövqeyi daim dəyişir.

Publika.az

Sizin Reklam Yeriniz