Əlaqə Arxiv
news Image
2018.01.23
15:28
| A A A
Azərbaycanda 32 uşaq övladlığa verilib

2017-ci il ərzində 32 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib.

Movqe.az azvison.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər. 

2016-cı ildə isə Səhiyyə Nazirliyi vasitəsilə 36 uşaq övladlığa verilib. 

Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. 

Ötən il Təhsil Nazirliyi tərəfindən isə 2 nəfər Azərbaycan vətəndaşlarına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə 9 uşaq xarici ölkə vətəndaşına övladlığa verilib.

Sizin Reklam Yeriniz