Əlaqə Arxiv
news Image
2018.01.24
11:34
| A A A
Hər gün törədilən cinayətlərin təxminən 20 faizinin üstü “isti izlər”lə açılır

Yanvarın 23-də sutka ərzində respublikanın daxili işlər orqanları tərəfindən 121 cinayət faktı qeydə alınıb, onların da 24-nün üstü "isti izlər"lə açılıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Qeyd edək ki, DİN-nin təqdim etdiyi statistikaya əsasən, hər gün törədilən cinayətlərin təxminən 20 faizinin üstü elə həmin gün "isti izlər"lə açılır.

Sizin Reklam Yeriniz