Əlaqə Arxiv
news Image
2018.01.24
12:13
| A A A
Ötən il Azərbaycanda yol qəzalarında 750 nəfər ölüb

"Son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb".

Movqe.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O qeyd edib ki, ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.

report

Sizin Reklam Yeriniz