Əlaqə Arxiv
news Image
2018.01.24
12:49
| A A A
Azərbaycanda gömrük nəzarətindən gizlədilən mobil telefon və aksesuarları aşkar olunub

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Movqe.az  DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin qapılarının içərisində 20 ədəd "Nokia D472", 23 ədəd "Nokia 105" və 28 ədəd "X-inova" markalı mobil telefonlar, həmçinin 71 ədəd yükləyici və 71 ədəd qutu aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz