Əlaqə Arxiv
news Image
2018.03.23
11:21
| A A A
Zirvəyə çıxmaq üçün həyatını fəda edən alpinistlər

Bildiyimiz kimi, Everest dünyanın ən uca zirvəsidir. Onun hündürlüyü 8 min 848 metrdir. Bu dağa dırmanmaq hər bir alpinistin arzusudur. Ancaq statistikaya görə, dağa çıxan hər 10 nəfərdən biri ölür.

Everestdə 250-dən çox cəsədin olduğu bildirilir.

Movqe.az  oxu.az-a istinadən Everestə çıxan və bu yolda həyatını fəda edən 10 alpinistin ölüm hekayəsini təqdim edir:

1996-cı ildə Everestə çıxan hindli alpinist Tsevanq Paljor qorxunc bir qar fırtınası zamanı həyatını itirib. Geyindiyi parlaq botlara görə "Yaşıl botlar" adı verilən idmançının cəsədi 2014-cü ildə daha aşağı bir yerə endirilib.

Fransis oksigen balonundan istifadə etmədən Everestə çıxan ilk amerikalı qadın olmaq istəyirdi. Bundan ötrü iki dəfə sınaq keçirən alpinist üçüncü dəfə bunu bacarıb. Ancaq sevincini qeyd etməyə fürsəti olmayıb...

İngilis macərapərəst alpinist Devid Şarp 2006-cı ildə "Yaşıl bot"ların olduğu yerdə fasilə vermək üçün başını dizinə qoyub və bir daha oyanmayıb. Devidin halının pisləşdiyini, kömək istədiyini eşidən 40 alpinist isə ona yardım etməyib.

1924-ci ildə missiyasını tamamlayan Corc Mellorinin cəsədi 75 il sonra tapılıb. Mellorinin zirvəyə çatıb-çatmaması isə bilinmir. Bəlkə də, zirvəyə çatan ilk insandır.

Hennelor Şmatz Everestdə ölən ilk qadın alpinistdir. O, 1979-cu ildə soyuq və şaxtalı havaya tab gətirməyərək həlak olub.

 

Sizin Reklam Yeriniz