Əlaqə Arxiv
news Image
2013.03.24
11:28
| A A A
Nabranda kotec yandı
Xaçmaz rayonunda istirahət mərkəzində yanğın olub. Movqe.az-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Nabran şəhərində "Xəzər-Turizm" MMC-yə məxsus "Caspian Sea" istirahət mərkəzində işçi personal üçün nəzərdə tutulmuş, hər mərtəbəsi 90 kv.m olan ikimərtəbəli kotecin taxta konstruksiyadan ibarət 2-ci mərtəbəsi 90 kv.m sahədə yanıb.

Yanğın zamanı yaxınlıqda olan "Mazda" markalı minik avtomobilinin sağ hissəsi yüksək temperaturdan deformasiyaya uğrayıb. Kotecin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sizin Reklam Yeriniz