Əlaqə Arxiv
news Image
2018.02.14
15:51
| A A A
Külli miqdarda narkotik müsadirə olundu

Fevralın 13-də Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Məmmədov Gəncə şəhərində saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Movqe.az-a verilən məlumata görə, üzərinə baxış keçirilərkən onun əlindəki sintetik torbadan çəkisi 4 kiloqram 850 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz