news Image
2018.02.14
16:54
| A A A
Lənkəranın Jidi kəndində torpaq sürüşməsi baş verib

Lənkəran rayonunun dağlıq ərazisində yerləşən Jidi kəndində torpaq sürüşməsi baş verib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, torpaq sürüşməsi kənddəki avtomobil yolunun 100 metrlik hissəsini əhatə edib. Lay torpaq qatının sürüşməsi zamanı dağ yolu keçilməz hala düşüb. Yolda 1 metr enində çatlar əmələ gəlib. Bu yol Gəgiran kəndi ilə rayonu birləşdirən yeganə avtomobil yolu olduğundan həmin kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Sürüşmə baş verən ərazidə evlər olmadığından sakinlərə ziyan dəyməyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs