Əlaqə Arxiv
news Image
2018.02.15
11:48
| A A A
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Movqe.az-ın xəbərinə görə, iclasın gündəliyinə 18 məsələ daxildir.
Bunlar “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında”, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, "Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında”, “Standartlaşdırma haqqında”, və.s qanunları, o cümlədən Miqrasiya, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.
Bundan başqa, deputatlar yeni hazırlanan “Texniki təmizləmə haqqında” qanun layihəsini də müzakirə edəcəklər.

Sizin Reklam Yeriniz