news Image
2018.02.15
12:19
| A A A
Müəllimlərdən birinin vərəm xəstəsi olduğu məktəbdən AÇIQLAMA

Bakının 23 saylı məktəbində şagird və müəllimlər arasında xəstəlik əlamətləri aşkar olunmayıb.

Movqe.az xəbər verir ki, bu barədə müəllimlərindən birinin vərəm xəstəliyinə yoluxduğu 23 saylı məktəbin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, müəllimlərdən biri xəstələnərək dekabrın sonunda KRVİ diaqnozu ilə xəstəlik məzuniyyətinə çıxmış və bü günə qədər işə qayıtmamışdı. 9 fevral 2018-ci il tarixdə Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzindən gələn rəsmi məktubda müəllimənin başqa diaqnozu barədə məlumat alınıb və dərhal valideynlərə və müəllimlərə bu məlumat çatdırılıb. Hazırda məktəb Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əməkdaşlıq edərək bütün lazımı tədbirlərin həyata keçirilməsi üçün şərait yaradıb: şagirdlər, müəllimlər, inzibati və texniki işçilərin müayinəsi aparılır, həkimlər tərəfindən valideynlərin suallarına cavab verilir.

Məktəbdən bildirilib ki, bu günə qədər şagirdlər və müəllimlər arasında xəstəlik əlamətləri aşkar olunmayıb. 23 saylı məktəb normal rejimdə işləyir, bütün təlim-tərbiyə tədbirləri planlaşdırılmış qrafik üzrə həyata keçirilir.

Xatırladaq ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ötən gün Trend-ə bildirmişdi ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

“Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün. Xəstə müəllimənin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbilər həyata keçirilir. Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs