Əlaqə Arxiv
news Image
2018.02.15
12:44
| A A A
Spreyd-kərə yağlar qeyri-infeksion xəstəliklər yaradır-Kafedra müdirindən narahatlıq do]uracaq açıqlama

El arasında belə bir deyim var: “Kərə yağının reklama ehtiyacı yoxdur”. Amma indi bazarda kərə yağlarının şıdırğı reklamı gedir. Mütəxəssislər isə kərə yağı adı altında satılan yağların əksəriyyətinin “spreyd” yağ olduğunu söyləyirlər. Tibb Universitetinin Kommunal və Qidalanma gigiyena kafedrasının müdiri, dossent İbrahim Əhmədovda Movqe.az-a açıqlamasında bildirib ki, xaricdən gətirilən yağların 82 faiz kərə yağı olduğunu tam əminliklə söyləməyin mümkünsüzdür: “ Bu gün kərə yağı adı altında satılan ən bahalı yağların da tərkibini də qarışdırırlar. Təmiz kərə yağı 82 faiz duzlu və yaxud duzsuz yağ olmalıdır. Yağın tərkibinin 16 faizini su təşkil edir. Üstəlik təmiz kərə yağı 100 faiz heyvan südündən hazırlanmalıdır. Amma ölkəmizə gətirilən xalis kərə yağı adıyla satışa çıxardılan, üzərində yağlılıq faizi 82 faiz göstərilən yağların da tərkibinin qatqısız olduğuna heç kəs başı ilə cavabdehlik daşıya bilməz. Bunu onun qiyməti də təsdiqləyir. Təmiz kərə yağ almaq üçün 25 litr heyvan südü lazım olur. Satışda isə təmiz südün bir litrinin qiyməti 1 manatdan, 1, 5 manatdan ucuz deyil. Bu hesablama ilə bir kiloqram təmiz kərə yağı əldə etmək 35-40 manata  başa gəlir. Ona görə  o yağların üzərinə təmiz kərə yağı olduğunu yazmaq olmaz. Çünki, müəyyən qədər onların da tərkibinə qatqılar əlavə olunur. Bu gün satışda xeyli çeşiddə yağ var ki, üzərinə kərə yağı yazılır. Bir kiloqramının qiyməti isə 5-7 manata təklif olunur. Onların tərkibinə dəniz heyvanlarından, qarğıdalıdan, jımıxdan, palmadan alınmış spreyd yağlar qatılır. Ona görə də həmin yağların üzərinə kərə yağı yazmaq istehlakçını aldatmaq deməkdir. Qaydaya görə, spreyd yağlar qatılan yağlar “spreyd-kərə” yağı adı altında satışa çıxarılmalıdır. Tərkibi barədə məlumat yağın paketinin üzərində dəqiq göstərilməlidir”.
Tibb Universitetinin kafedra müdiri deyir ki, spreyd yağlar insanlar arasında qeyri-infeksion xəstəliklərin ortaya çıxmasına səbəb olur: “Spreyd yağlar hidrogenləşdirilmiş yağlardır. Buna sərt yağlar da deyilir. Texnoloji proses nəticəsində yüksək temeperaturda bitki yağları, heyvan mənşəli yağlar, bərk hala çevrilir. Sərt yağlar, spreyd dediyimiz yağlar orqanizmdə xolesterin əmələ  gətirir. Çünki, hidrogenləşdirilmiş yağlar pis xolesterinin qanda  artmasına səbəb olur. Bu da ürək-damar xəstləliklərinə, qaraciyər xəstəliklərinə və digər qeyri-infeksion xəstəliklərin ortaya çıxmasına gətirib çıxardır”.
Bununla belə, İ. Əhmədov spreyd kərə yağlarının yaratdığı təhlükələrdən ehtiyatlanıb, kərə yağını ümumiyyətlə qida rasionundan çıxartmağın düzgün olmadığını deyir: “İnsan təmiz kərə yağı mütləq qəbul etməlidir. Spreyd kərə yağlarının yaratdığı təhlükəyə görə, son illər əhali arasında duru halda olan bitki yağlarına tələbat artıb. Amma unutmaq olmaz ki, kərə yağından imtina edib bitki tərkibli duru yağları uzun müddət istifadə etmək də orqanizm üçün təhlükəlidir. Uzun müddət bitki tərkibli yağdan xörəklərdə istifadə etmək, orqanizmin hüceyrələrinin PH-nı dəyişir. Bu da xərçəng xəstəliyinə zəmin yaradır”.  
İ. Əhmədov deyir ki, bazarda nehrə yağı adı altında satılan yağlar da heyvan südündən alınan xammal əsasında hazırlanmır: “İndi kənd yerlərindən gətirilən yağların da tərkibinə müxtəlif qatqılar əlavə edilir. Bunu nehrə yağını əridərkən açıq şəkildə qoxusundan və görünüşündən müəyyən etmək olur”. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz