Əlaqə Arxiv
news Image
2018.02.15
14:02
| A A A
“Nərgiz” Klinikası ANS-in ittihamına cavab verdi

Bizim ANS-ə heç bir borcumuz yoxdur. Mən bürtün ödənişləri etmişəm, ANS bağlanmamışdan iki ay əvvəl bütün borcları bağlamışıq, ondan sonra da heç bir iş birliyimiz olmayıb. Əslində elə borcumuz da yox idi, öz işçilərinin gecikməsi ucbatından bir neçə yüz manat borc vardı.

AFN xəbər verir ki, bunu “Nərgiz” Klinikasının rəhbəri Məlahət Qəhrəmanova deyib. Qeyd edək ki, bir neçə gün əvvəl bəzi saytlarda ANS-in “Nərgiz” Klinikasını məhkəmədə udması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, ANS Şirkətlər Qrupuna daxil olan “ANS Kommers” şirkəti “Nərgiz Med” MMC-ni (“Nərgiz Klinikası”) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “ANS Kommers” öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsini tələb edib.
Məhkəmə iddianı qismən təmin edib. Lakin qarşı tərəfin verdiyi apelyasiya şikayətinə bir neçə gün öncə baxılıb və Bakı Apelyasiya Məhkəməsi işi baxılmamış saxlayıb. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin çıxardığı qərardadın heç bir hüquqi qüvvəsi qalmayıb.
M.Qəhrəmanovann sözlərinə görə, ANS ondan 2700 manat tələb edir: “Deyirlər ki, guya mən Xoşqədəm Hidayətqızının verilişinə sponsorluq etmişəm. Göstərsinlər bir kadr ki, mən o verilişə çıxmışam, yaxud adımız sponsor kimi keçib. Hamı bilir ki, Xoşqədəm Hidayətqızının verilişinin klinika sponsoru yalnız bir klinika olub”. M.Qəhrəmanova onu da qeyd etdi ki, ANS-ə reklama görə olan ödənişləri şirkətin əməkdaşına verib və bunu sübut edən sənədlər də əlindədir: “Öz əməkdaşları arasında yeyinti olub, onlarla bacarmır bizi verib məhkəməyə. Ədalət öz yerini tapdı”.

Sizin Reklam Yeriniz