news Image
2018.02.15
19:30
| A A A
Binəqədi rayonunda daha bir küçənin yenidən qurulması yekunlaşır

Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqruma işləri isə yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Movqe.az-a verilən məlumata görə, söhbət 945 metr uzunluğa malik Məsud Davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.

Burda da aparılan yenidənqurma işləri zamanı küçənin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 70 ədəd yeni baxış qapaqları qoyulur.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.