Əlaqə Arxiv
news Image
2018.02.18
15:37
| A A A
Rusiyada yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatdı

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.

Movqe.az bildirir ki, bu barədə APA-ya Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.

Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü Quliyeva Sədaqət Eysevər qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda dörd nəfərinin xəstəxanada olduğunu, onlardan 82 yaşlı İzzət Quliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.

Sizin Reklam Yeriniz