Əlaqə Arxiv
news Image
2018.02.18
22:30
| A A A
Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

Pakistanın “National Herald Tribune” qəzetində və elektron portalında dərc olunan “Azərbaycanlıların Xocalı Soyqırımı üçün ədalət” sərlövhəli məqalədə Ermənistan tərəfindən bir gecədə 613 Azərbaycan vətəndaşının, ö cümlədən 106 qadın, 70 yaşlı və 83 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi Xocalı Soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu ətraflı izah edilib.

Movqe.az-a Azərbaycanın Pakistandaki səfirliyindən verilən məlumata görə, mühüm strateji mövqeyə malik və Azərbaycanın qədim tarixinin önəmli ünsürlərini ehtiva edən Xocalının məhv edilməsinin də eyni məqsədə xidmət etdiyi bildirilib.

Məqalədə Xocalı Soyqırımının siyasi, tarixi və hüquqi mahiyyəti vurğulanaraq, qurbanların məhz azərbaycanlı olduqlarına görə və heç bir fərq qoyulmadan qətlə yetirildiyi Xocalıdakı vəhşətin beynəlxalq normalar baxımından aşkar soyqırım xarakteri daşıdığı diqqətə çatdırılıb. Dünyanın böyük nəşrlərinin o dövrə aid xəbərlərində soyqırımın dəhşətinin dolğun əks etdirildiyi, ermənilərin hadisəni təkzib etməsinin heç cür mümkün olmadığı qeyd olunub.

 

Müəllif yazıda Xocalı Soyqırımı ilə əlaqədar İslamabad Strateji Tədqiqatlar İnstitutuna keçiriləcək seminar barədə də məlumat verərək, “Xocalıya Ədalət” məsələsinin BMT və insan haqlarını qoruduqlarını iddia edən böyük dövlətlər üçün hələ də böyük sual olduğunu diqqətə çatdırır.

Sizin Reklam Yeriniz