Əlaqə Arxiv
news Image
2018.02.19
09:38
| A A A
Ucarda avtomobil su kanalına aşıb, sürücü ölüb

Ucarda avtomobil su kanalına aşıb.

Movqe.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Rayon icra hakimiyyəti tərəfindən cəlb olunan avtokran vasitəsi ilə avtomobil kanaldan çıxarılıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-cı il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Sizin Reklam Yeriniz