Əlaqə Arxiv
news Image
2018.02.19
11:41
| A A A
Qeyri-sabit hava bu ərazilərdə sürüşmə təhlükəsi yaradıb-Rəsmi açıqlama

"Qeyri-sabit hava şəraiti Abşeronda bəzi sürüşmə sahələrinə təhlükə yaradır". Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov söyləyib. Ə. Qaralov deyib ki, yağışın intensiv hal alması Abşeronda Zığ sürüşmə sahəsində sürüşmə prosesini aktivləşdirir: "Bundan əlavə yağışlar Masazırda Zəli gölündəki sürüşmə sahəsində, eləcə sə At Yalı, Nübar qəsəbəsindəki sürüşmə sahələri üçün də təhlükə yaradır. Qeyri-sabit hava həmin ərazilərdə sürüşmənin aktiv fazaya keçməsinə səbəb olacaq".

Ə. Qaralov bildirib ki, hələki Bayılda sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur.

Sizin Reklam Yeriniz