Əlaqə Arxiv
news Image
2018.02.19
13:56
| A A A
Cənub bölgəsində təhlükə

"Cənub bölgəsində sürüşmə sahələrində aktivləşmə müşahidə olunur". Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov söyləyib. S. Əmiraslanov deyib ki, Şamaxı-İsmayıllı sürüşmə sahələrində hələki aktivlik qeydə alınmır: "Adlarını çəkdiyim ərazilərdə sürüşmə sahələrində yuyulma proseslərinin təzahürləri müşahidə olunur. Lənkəran rayonunun Gəgiran kəndinə giriş yolda lokal sahələrdə aktivləşmə var. Orada yolda oturma prosesi müşahidə olunur. Lənkəran-Lerik yolunda da sürüşmə sahəsində aktivlik qeydə alınıb".

S. Əmiraslanov cənub bölgəsində sürüşmə sahələrində aktivliyə yağıntının normadan artıq düşməsinin səbəb olduğunu bildirdi. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz