Əlaqə Arxiv
news Image
2018.02.19
14:34
| A A A
Biləcəridə bu küçəni su basdı

Yağışların intensiv hal alması təkcə sürüşmə təhlükəsi yaratmır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Movqe.az-a açıqlamasında deyib ki,  dünəndən etibarən, Biləcəri qəsəbəsində Məlik Aslanov küçəsində subasma müşahidə edildiyini söyləyir: “Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələrində, Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” və Kürdəxanıda daş karxanası adlanan ərazilərdə subasma halları qeydə alınıb”. 

R. Həsənov deyib ki, yağış yağan kimi sözügedən ərazilərdə subasma hallarının müşahidə olunması adi hala çevrilib. 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz