Əlaqə Arxiv
news Image
2018.03.19
09:15
| A A A
Sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 786 nəfər saxlanıldı

"Zeytun budağı" hərbi əməliyyatı başlayandan Türkiyədə sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 786 nəfər saxlanılıb.

Movqe.az xəbər verir ki, bu barədə Trend Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, saxlanılanlar arasında PKK terror təşkilatının 16 üzvü də var.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Sizin Reklam Yeriniz