Əlaqə Arxiv
news Image
2018.02.20
11:50
| A A A
Dərmandan zəhərlənmələrlə bağlı xəbərdarlıq! İlkin açılmadan sonra...

“Dərmandan zəhərlənmələr əksər hallarda doza həddinin aşılması üzündən baş verir. Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün Analitik Ekspertiza Mərkəzində (AEM) dərmandan toksiki zəhərlənmələrə həsr olunmuş tədbirdə AEM-nin  Dərman vasitələrinin qeydiyyat və ekspertizası şöbəsinin əməkdaşı Ulduz Eyvazova səsləndirib. U. Eyvazova deyib ki, dərman həkimin təyin edildiyi dozada qəbul edilməsə ölümə belə yol aça bilər: “Bəzən xəstələr dərman preparatının qəbulu zamanı doza həddini aşırlar. Günlük dozada təyin edilən dərmanı sutkalıq doza həddində qəbul edirlər. Bu da çox təhlükəlidir. Bu zaman insanda baş gicəllənmə, yuxuya meyillilik kimi hallar müşahidə olunur”.
U. Eyvazova bildirib ki, bəzən zəhərlənmələrə dərman preparatlarının düzgün saxlanılmaması da səbəb olur: “Uşaqlar üçün şərbətlər, göz damcılarının üzərində yararlıq müddətindən əlavə, içlik vərəqində ilkin açıldıqdan sonra istifadə müddəti göstərilib. İlkin açılmadan sonra istifadə edilən dərmanı uzun müddətdən sonra təkrar istifadə etmək düzgün deyil. Bu ya zəhərlənməyə, yaxud da dərmanın təsirinin itməsinə səbəb olur. Bundan başqa dərman preparatları üzərində göstərilən temperatura uyğun saxlanılmalıdır”.  

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz