Əlaqə Arxiv
news Image
2018.02.20
12:08
| A A A
Dərmanlar xəstələrin müalicəsində niyə effekt vermir? Rəsmi cavab

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin  (AEM) Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov  bəzi dərman preparatlarının müalicə prosesində effektiv nəticə göstərməməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Movqe.az-ın məlumatına görə, Çingiz Şükürov  bildirib ki, bu,  xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən baş verə bilər: “"Hər bir insan orqanizmi fərdidir, buna görə də hər bir orqanizmə individual yanaşmaq lazımdır. Ola bilər ki, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən həmin dərman vasitələrinin müalicə üçün xeyri olmur. Çünki müalicə üçün düzgün dərman seçilməyib. Amma diaqnoz düzgün qoyulduqda həmin xəstəliyin müalicəsi üçün lazım olan təsiredici maddə düzgün seçilərsə, müalicə öz effektini verir. Yəqin ki, dərman xəstəyə individual olaraq təsir göstərməyə bilər. Bu da insan orqanizmindən asılıdır. Hər bir təsiredici maddələr üçün alternativlər var".
Ç.Şükürov bildirib ki, dərman vasitələrinin keyfiyyəti laboratoriyalarda dəqiqliklə yoxlanılır və onun tərkib maddələri dəqiq təyin edilir.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz