Əlaqə Arxiv
news Image
2018.02.20
12:56
| A A A
Dərman zəhərlənmələrinin şok statistikası

"Ötən il dərman vasitələrindən zəhərlənmələrin sayı azalıb. 2016-cı ildə 732 nəfər dərmandan zəhərlənmişdisə, 2017 ci ildə bu rəqəm 714 olub".

Movqe.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, kəskin zəhərlənməyə səbəb olan pereparatlar sedativ, yuxu gətirici və qıcolmaya ilə bağlıdır: "Buna səbəb xəstənin bilərəkdən dozanı aşmasıdır. Bəzən özünəqəsd, intihar üçün bunu edirlər. Xəstəxanaya isə zəhərlənmə ilə daxil olurlar. Dərman zəhərlənmələrinin 17 faizi uşaqlarda müşahidə edilir. Bu da əsasən uşaqların nəzarətsiz buraxılması nəticəsində olur. Avropa ölkələrində dərmanlar elə qablaşdırılır ki, uşaqlar onu ələ keçirsə də, aça bilmir. Bizdə bu üsul tətbiq edilə bilər. Həmçinin dərmanların zibil qablarına atılması da, uşaqların zəhərlənməsinə səbəb olan amillərdəndir. Kimyəvi maddələrin düzgün saxlanaılmaması uşaqların zəhərlənməsinə səbəb olur. Məsələn, çox zaman evlərdə xlor, esensi su qablarında və uşaqlara əl çatan yerdə saxlanılır”.

İ.Əfəndiyev bildirib ki,zəhərlənmələrin bir qismi medikamentoz, kimyəvi maddələrə əlavə təsirlər və allergiyalar səbəbindən baş verir: “2016-ci ildə müşahidə altında bu cür 246 xəstə olubsa, 2017-ci ildə bu rəqəm 230 olub".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz